Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında əsir mübadiləsi olub. Manset.az Report-a istinadən xəbər verir ki, mübadilə çərçivəsində 103 hərbçi ölkəyə qaytarılıb. "Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 103 hərbçisi təhvil verilib", - məlumatda bildirilib. Qeyd olunub ki, geri qaytarılan Rusiya hərbçiləri hazırda Belarus ərazisindədir.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.