EN

Premyer Liqa: “Qarabağ” “Səbail”i məğlub edib

Premyer

Bakı, 14 sentyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, Ağdamın “Qarabağ” klubu Bakının “Səbail” klubunu qəbul edib. Görüş Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Günün ilk oyununda “Şamaxı” doğma meydanda “Sumqayıt”ı 1:0 hesablı ilə məğlub edib. Qeyd edək ki, turun açılış oyununda “Araz-Naxçıvan” öz meydanında “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib. Tura sentyabrın 15-də keçiriləcək “Zirə” – “Neftçi” və “Sabah” – “Turan Tovuz” görüşləri ilə yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
22
5
azertag.az

10Sources