EN

İvanişvilinin həmin bəyanatı Tbilisini QARIŞDIRDI: "Ölkəyə qarşı xəyanətdir" - VİDEO

100-dən çox insan hakim Gürcü Arzusu - Demokratik Gürcüstan partiyasının qurucusu Bidzina İvanişvilinin 2008-ci il münaqişəsi ilə bağlı bəyanatına qarşı Gürcüstan parlamenti qarşısında etiraz aksiyası keçirir.

"Ölkə.az" xəbər verir ki, bu barədə TASS-ın müxbiri hadisə yerindən məlumat verib.

Toplaşan vətəndaşlar İvanişvilinin bir gün əvvəl Qori şəhərində verdiyi açıqlamaları tənqid edirlər.

O, eks-prezident Saakaşvilini kənardan gələn sifarişlə Cənubi Osetiyada müharibəyə başlamaqda ittiham edib və deyib ki, oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra müharibənin qızışdıranları və gürcü-osetin dostluğunun məhv edilməsində günahkar olanların hamısı mühakimə olunacaq və ən sərt hüquqi cavabı alacaq.

"Gürcüstan 2008-ci ildə Saakaşvilinin qurduğu Vahid Milli Hərəkat partiyasının osetiyalı qardaş və bacılarımızı müharibə alovuna bürüdüyünə görə üzr istəməyə özündə güc tapacaq", - İvanişvili deyib.

Etirazçılar İvanişvilinin sözlərini həm ölkəyə, həm də 2008-ci ilin avqustunda həlak olan gürcü əsgərlərinə qarşı xəyanət hesab edirlər. Vətəndaşların sözlərinə görə, İvanişvili bu bəyanatı ilə Gürcüstanı müharibədə günahkar kimi tanıyıb və əsgərlərin qəhrəmanlığını dəyərsizləşdirib.

Polis hadisə yerinə səfərbər olunub, parlamentin yerləşdiyi Rustaveli prospektində nəqliyyatın hərəkəti sərbəstdir. Aksiya sakit bir atmosferdə baş verir.(Publika.az)

Chosen
52
1
olke.az

5Sources