EN

Premyer Liqa: Turun son oyununda qalib müəyyənləşməyib

Premyer

Bakı, 15 sentyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, son oyunda "Sabah" və "Turan Tovuz" komandaları üz-üzə gəlib. Görüş qollu heç-heçə ilə nəticələnib - 2:2.

Günün ilk oyununda Zirə" doğma meydanda "Neftçi"yə 2:0 hesabı ilə qalib gəlib.

Turun daha əvvəl keçirilən matçlarında "Araz-Naxçıvan" "Kəpəz"i, "Şamaxı" "Sumqayıt"ı 1:0, "Qarabağ" isə "Səbail"i 2:1 hesabı ilə məğlub edib.

Hazırda "Turan Tovuz" 14 xalla turnir cədvəlinə başçılıq edir. "Qarabağ" 12 xalla 2-ci, "Sabah" isə 11 xalla 3-cü pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
25
1
azertag.az

2Sources