EN

Şuşa rayonunda son 2 ayda ətraf mühitə ziyan vurulması halları ilə bağlı 64 protokol tərtib olunub

Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının aidiyyəti qurumlarla keçirdikləri birgə tədbirlər zamanı məişət tullantılarının atıldığı ərazilər müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Doğru.az-a bildirilib ki, həmin ərazilərdə təmizlik işləri görülüb, cavabdeh şəxslərlə profilaktiki söhbətlər aparılıb. Təmizliyə riayət edilməsinin vacibliyi bir daha diqqətə çatdırılıb.

Polis əməkdaşları tərəfindən son 2 ay ərzində rayon ərazisində ətraf mühitə ziyan vurulması hallarının qarşısının alınması üçün 64 protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

DOĞRU.AZ

Chosen
51
33
dogru.az

10Sources