EN

Məzahir Pənahov: “Artıq bizim icraatımızda olan müraciət qalmayıb“

Məzahir
Artıq bizim icraatımızda olan müraciət qalmayıb. 1news.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında sədr Məzahir Pənahov deyib.
O bildirib ki, MSK artıq seçkilərə yekun vurmaq mərhələsinə keçir: “Mən poçta gələn müraciət olub-olmadığını da yoxlatmışam. Əllə olan müraciətlərin də tarixi artıq keçib. Nə vaxtsa bizə poçtla nəsə gəlsə, müddət pozulmasa, biz onu Konstitusiya Məhkəməsinə göndərə bilərik“. Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar parlament seçkiləri ilə əlaqədar 63 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsi üzrə qeydə alınan namizəd Vahid Qocayevin, 11 saylı Binəqədi-Qaradağ Seçki Dairəsindən qeydə alınan namizəd Fəxrəddin Mehdiyevin və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə qeydə alınan namizəd Araz Şahverdiyevin müraciətlərinə baxılıb. MSK namizədin müraciətini təmin etməyib, DSK-ların qərarları qüvvədə saxlanılıb.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir.

Chosen
24
22
1news.az

10Sources