EN

Daha bir bələdiyyə sədrinə protokol yazıldı

Biləsuvar rayon Yuxarı Ağalı bələdiyyəsinin sədri Əcəmov Etibar Dəmir oğlu barəsində inzibati protokol tərtib edilib.

Modern.az xəbər verir ki, bələdiyyə sədri haqqında aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü (yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Biləsuvar rayon Məhkəməsində hakim Mədinə Rəsulovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, protokol təsdiq edərsə, bələdiyyə sədri 1000 manat məbləğində cərimə ediləcək.

 

Chosen
69
6
modern.az

8Sources