EN

Qızılın qiyməti yeni rekord vurub

Dünya bazarında qızılın 1 unsiyasının qiyməti 0,4 % artaraq 2 589 ABŞ dollarına çatıb.
BusinessTime bu barədə “Bloomberg”ə istinadən xəbər verir.
“Qızılın qiyməti, Federal Ehtiyatlar Sisteminin (FES) 17-18 sentyabr iclası ərəfəsində yeni rekord səviyyə yüksəlib. Gözlənilir ki, iclas faiz dərəcəsinin ən azı 25 baza bəndi azaldılması ilə nəticələnəcək", - məlumatda bildirilib.
Qiymətli metala dəstək, həmçinin ABŞ dollarının zəifləməsi olub. Dolların ucuzlaşması keçmiş prezident Donald Trampa sui-qəsd cəhdindən sonra baş verib.

Chosen
7
34
businesstime.az

10Sources