EN

Muxtar Babayev Dünya Bankının nümayəndələri arasında COP29-a hazırlıq müzakirə edilib

Bakı. Trend:

COP29 prezidenti, ekologiya və təbii sərvətlər naziri MuxtarBabayev Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə Davamlı İnkişafüzrə Regional Direktoru Sameh Naguib Vahba və Cənubi Qafqaz üzrəregional direktoru xanım Rolande Prays ilə görüşüb.

Trend xəbərverir ki, bu barədə COP29-un rəsmi "X" sosial hesabında paylaşımedilib.

Müzakirələr zamanı Dünya Bankının Azərbaycanda, xüsusilə su vəkənd təsərrüfatı sektorlarında davam edən və planlaşdırılanproqramları həmçinin COP29-a hazırlıq müzakirə olunub.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Muxtar
Muxtar
Muxtar
Chosen
97
2
az.trend.az

10Sources