EN

Əzələ spazmı nədir və necə yaxa qurtarmalı? - HƏKİM İZAH ETDİ

"Ayaqları isti saxlamaq dədə-babadan yaşlı insanların, yaşlı nəslin bizə ənənə kimi qoyduğu davranış qaydasıdır". Bu sözləri SİA-ya açıqlamasında Diaqnoz Tibb Mərkəzinin həkim-allerqoloqu Şahvələd Məmmədov deyib.

Həkim bildirib ki, yaşlı nəslin dediyi kimi: "Ayaqları, başı isti saxla, xəstələnməzsən": "Təbii ki, insan əlləri və ayaqlarında periferik damarlar var. Bu damarlarda spazm olmasın deyə, ayaq və əllərdə həmişə hərəkətlilik olması, yaxud da, isti saxlamaq məsləhət görülür. Soyuqdəyməyə qarşı mübarizə formalarından biri kimi ayaqların isti vannaya qoyulmasından istifadə edilir. Ayaqları suda saxlamaq inadkar öskürəyin itməsinə, orqanizmdə toplanan toksinlərin qısa müddətdə xaric edilməsinə, siqaretin bədəndə topladığı zəhəri bir az da olsa azaltmasını təmin edir. bəzən soyuqdəyməyə bağlı olaraq ortaya çıxan öskürək və ya ciyərlərdə toplanan bəlğəm insana olduqca narahatlıq verir. Eyni zamanda kimyəvi maddələrin yüksək təsirinə məruz qalmağa səbəb ola bilər. Bu tip problemləri heç dərman istifadə etmədən sadə bir üsulla həll etmək mümkündür. Ayaqları yanmayacaq dərəcədə isti suda saxlamaq kifayət edir.

Ayaqların isti vannaya qoyulması əsasən soyuq qış aylarında məsləhətdir. Periferik qan dövranını yaxşılaşdırmaq üçün ən yaxşı metodlardan biridir. Amma elə xəstəliklər, elə patologiyalar var ki, ayaqların isti vannaya qoyulması da məsləhət deyil. Böyrək xəstəlikləri zamanı da ayaqları isti suya qoymaq məsləhət görülmür. Bundan əlavə, şəkərli diabet səbəbindən ayaqlarda meydana çıxan yaralar varsa, isti vanna qəbulu yolverilməzdir. O cümlədən ayaqlardakı açıq yaralar, tromboflebitlər və sair olanda məsləhət görülmür".

Müəllif: Söylü Ağazadə
Chosen
111
41
sia.az

10Sources