EN

Qeyri neft-qaz ixracı AZALDI - RƏQƏMLƏR

2024-cü ilin yanvar-avqust aylarını əhatə edən 8 ay ərzində Azərbaycanın qeyri neft-qaz mallarının ixracında nominal qiymətlərlə müqayisədə azalma qeydə alınıb.

 

Sfera.az xəbər verir ki, 2023-cü ildə 2,21 milyard dollar olan ixracın dəyəri bu il 2,18 milyard dollara geriləyib. Qeyri neft-qaz məhsullarının satışında azalmanın əsas səbəbi elektrik enerjisi ixracı ilə bağlıdır.

 

Bu il elektrik enerjisinin ixracında ciddi azalma müşahidə edilir. 2023-cü ilin 8 ayında 315 milyon dollarlıq elektrik enerjisi ixrac edilsə də 2024-cü ilin eyni dövründə 57,5 milyon dollarlıq elektrik enerjisi satılıb. Elektrik enerjisindən başqa plastmassa və onlardan hazırlanan məmulatların ixrac dəyəri 331,2 milyon dollardan 264,2 milyon dollara, qara metalların ixrac dəyəri 78,6 milyon dollardan 61,4 milyon dollara düşüb.

 

Əsas ixrac məhsullarından olan meyvə-tərəvəz satışı da 14 milyon dollar azalaraq 424 milyon dollar olub.

 

Digər məhsulların əksəriyyətində isə ixracda artım var. Amma adıçəkilən məhsullarda, xüsusən də elektrik enerisinin ixracında ciddi azalmanın baş verməsi ümumən qeyri neft-qaz ixracındakı göstəricilərə pis təsir edib.

 

Vasif

 

 

Chosen
144
50
sfera.az

10Sources