EN

Rusiyada saxlanılan Paşayevlə bağlı maraqlı fakt

Dələduzluqda ittiham olunan keçmiş vəkil Elman Paşayev əvvəllər altı dəfə öz statusundan məhrum edilib.Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyinin vəkillər reyestrindən bildirilib.Elman Paşayev vəkil kimi altı dəfə – Krasnodar diyarında, Moskvada iki dəfə, Yamalo-Nenets Muxtar Dairəsində və Şimali Osetiyada iki dəfə qeydiyyatdan keçib. Bütün regionlarda onun vəsiqəsinin fəaliyyəti dayandırılıb.Hazırda vəkilin qüvvədə olan statusu yoxdur.

Qeyd edək ki, Paşayevə qarşı Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə iri miqyasda dələduzluq) ilə cinayət işi açılıb. O, Moskvada saxlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
1
metbuat.az

2Sources