EN

Heydər Əliyev Fondu tərəfindən Saatlı rayonunda inşa edilən yeni məktəb binası istifadəyə verilib (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb"layihəsi çərçivəsində Saatlı rayonunda inşa olunan 360 şagirdyerlik yeni məktəb şagirdlərin istifadəsinə verilib.

Trend xəbər verir ki, ÖmərFaiq Nemanzadə adına Günəşli kənd ümumi orta məktəbi 1994-cü ildəibtidai məktəb kimi fəaliyyətə başlayıb. Ötən müddətdə binaistifadəyə yararsız vəziyyətə düşdüyündən yeni məktəb binasınıninşasına ehtiyac yaranmışdı.

Heydər Əliyev Fondunun təhsil sahəsindəki daha bir layihəsi dəməhz bu səbəbdən Saatlı rayonunu əhatə edib.

Yeni məktəb binası üçmərtəbəlidir və 4 korpusdan ibarətdir.

Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri vəlaboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.

Burada 17 sinif otağı, fizika, kimya, biologiyalaboratoriyaları, informatika otağı, hərbi təlim otağı, tibb otağı,əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt zalı, idman zalı vəaçıq idman meydançası yaradılıb.

Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləriaparılıb.

Məktəbin direktoru Mövlud Cəlilov bildirib ki, kənddəki məktəbdə 30 il əvvəl fəaliyyətə başlayıb. Doqquzillik sistemdə fəaliyyətgöstərən məktəb illər ərzində getdikcə yararsız vəziyyətdədüşdüyündən Heydər Əliyev Fonduna müraciət etdik. Müraciətimizoperativ şəkildə cavablandırıldı və çox keçmədən yeni məktəb binasıinşa edildi. Bu il birinci sinfə qədəm qoyan 18 şagirdimiz var.Vaxtilə məktəb yararsız vəziyyətdə olduğundan şagirdlərimizin çoxuqonşu kəndlərdə daha yaxşı şəraiti olan təhsil ocaqlarına üztuturdular. Yeni məktəb binası tikiləndən sonra nəinki həminşagirdlər, hətta digər qonşu kəndlərin şagirdləri də bu məktəbdətəhsil almaq istədiklərini bildirirlər.

“Məktəbin məzunlarından Zeynali Dursunov və Cavanşir AğayevVətən müharibəsində şəhidlik zirvəsinə ucalıb. Məzunlarımızarasında ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticələrgöstərənlər var. Məktəbin 11 illik sistemə keçməsi istiqamətində dəişlər aparılır. İnanıram ki, yeni məktəb binasında təhsil alanşagirdlər daha yaxşı nəticələrlə fərqlənməyi bacaracaqlar”, - deyəM.Cəlilov qeyd edib.

Məktəbin şəhid məzunu olan Zeynali Dursunovun atası, Günəşlikənd sakini Əlləz Dursunov övladının məzun olduğu məktəbə yeninəfəs verilməsinin onu və ailə üzvlərini çox təsirləndirdiyinibildirərək deyib: "Üç qızım şəhid qardaşlarının təhsil aldığıməktəbdə elmin sirlərini öyrənməyə davam edəcək, yeni biliklərəyiyələnəcəklər. Övladımın xatirəsinin də əbədiləşdirilməsi, xüsusilövhənin quraşdırılması, hər gün məktəbin şagirdlərinin onunqarşısından keçərək sinif otaqlarına daxil olması ailəmiz üçünböyük məna kəsb edir. Bir şəhid ailəsi olaraq göstərilən diqqət vəqayğıya görə Prezident İlham Əliyevə və birinci xanım MehribanƏliyevaya minnətdarlığımızı bildiririk”.

Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
11
az.trend.az

10Sources