EN

"Sabah" İsveç klubuna uduzub Çempionlar Liqası ilə vidalaşdı – FOTOLAR

"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasının ilkin təsnifat mərhələsində İsveçin "Norrşöpinq Dolfins" klubu ilə qarşılaşıb.

Prosport.Az xəbər verir ki, Türkiyənin Antalya şəhərindəki "Gloria Sports Arena"da təşkil olunan qarşılaşma Azərbaycan klubunun 71:75 hesablı məğlubiyyəti ilə başa çatıb. Baxmayaraq ki, "Sabah" ilk 2 perioddan sonra böyük fasiləyə 37:33 hesabı ilə öndə yollanmışdı.

Qeyd edək ki, bu nəticənin ardından Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv mübarizəni FIBA Avropa Kubokunun G qrupunda davam etdirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
19
7
prosport.az

8Sources