EN

Ən yaxşı məktəb yaxınlıqda olan məktəbdir...

Dərs başladı və Bakı küçələrində tıxaclar 10 qat artdı. 

Onsuz da can verən yol nəqliyyatı kollaps vəziyyətə düşdü.

Səbəb məktəblilərin  dərsə başlamasıdır.

Səhər-səhər ağlayaraq, basdırıq metroya girməyə qorxan uşaqları görüb, ürəyim ağrıdı.

Deməli bu uşaqları valideynləri ən yaxşı məktəbdə oxusunlar deyə , şəhərin bir başından o biri aşına sürüyürlər. Dərs 8 də başlayır. İbtidai sinif şagirdi yuxudan neçədə durmalı, neçədə hazırlanmalıdır ki, 1-2 saat yolda zaman itirib, 8 də dərsə çatsın.

Hörmətli valideynlər, uşağınıza yazığınız gəlmir?

Özünüz də əldən düşürsünüz yollarda, onlar da. Təhsil Nazirliyi bu işə bir əncam çəkməlidir. Qanunla hər məktəb yalnız öz ərazisində olan məktəbliləri qəbul etməlidir. Amma Bakıda görünür qanun onu pozmaq üçün işləyir. Unutmayın, ən yaxşı məktəb yaxınlıqda olan məktəbdir. Qızıl kimi zamanınıza heyfiniz gəlmirsə, başqa insanlara verdiyiniz əziyyəti göz önünə alın. Başqa cür Bakıda yaşamaq mümkün deyil.

Murad

Chosen
110
50
hit.az

10Sources