EN

Rozanın gəlini bu qız olacaq: Görün kimdir – VİDEO

Xəbər verdiyimiz kimi, Roza Zərgərlinin oğulluğu, aktyor Corc Qafarovun yeni sevgilisi ilə görüntüləri sosial şəbəkələrdə gündəmi zəbt edib. 

Onun “TikToker” Mika adlı xanımla sevgili olması böyük müzakirələrə səbəb olub.

Yenisabah.az xəbər verir ki, iddialara görə, Mika ləqəbilə sosial şəbəkələrdə məşhurlaşan xanım Məlikə Məhəmmədəliyevadır.

O, “TikTok” və “İnstagram” platformasında müəyyən izləyici kütləsinə sahib sosial media fenomenidir.

Corc Qafarovun Mika ilə sevgili olması isə pərəstişkarları tərəfindən birmənalı qarşılanmayıb. Bəzi sosial şəbəkə istifadəçiləri cütlüyü tənqid atəşinə tutub.

Xatırladaq ki, müğənninin oğlu Corc Qafarov bundan öncə başqa qızla nişanlı olsa da, nişanını qaytarıb.

Corc nişanlısının onu seçim qarşısında qoyduğunu bildirmişdi:

“Ayrıldım. Qız mənə seçim qoymuşdu: ya anan, ya da mən. O qızdan hər dəfə ayrılırdım. Amma elə oyunlar qururdu ki, barışırdım. Bu oyunların arxasında başqa adamlar dayanırdı”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
5
medianews.az

6Sources