EN

İsraildən Livana görünməmiş hücum- peycerlərə sızaraq onları eyni vaxtda partlatdılar, çox sayda ölən və yaralananlar var...

Image

Livanda peycer cihazları kütləvi şəkildə partlayıb, aralarında Hizbullah üzvləri və tibb işçiləri də daxil olmaqla 2800-dən çox adam yaralanıb, 9 nəfər ölüb.

Livanın rəsmi agentliyi NNA-nın məlumatına görə, partlayışlar İsrailin peycer cihazlarına sızması nəticəsində baş verib. "Beyrutun cənub ətraflarında və Livanın bir çox bölgəsində indiyə kimi görünməmiş bir təhlükəsizlik hadisəsi baş verib. Portativ peycer sistemləri yüksək texnologiyadan istifadə edilərək partladılıb və çox sayda adam yaralanıb" - deyə məlumatda bildirilir.

Partlayış zamanı İranın Livandakı səfiri Moctaba Amani də yaralanıb. Səfirin peycerinin partlaması nəticəsində yüngül xəsarət aldığı bildirilir.

Livan hökuməti çox sayda insanın ölümünə və yaralanmasına səbəb olan peycerlərin partlamasını pisləyib və bunu İsrailin törətdiyini bildirib.

Adının çəkilməməsi şərti ilə "Reuters"ə danışan Hizbullah rəsmisi bildirib ki, peycerlərin partladılması təşkilatın İsraillə təxminən bir ildir davam edən müharibədə məruz qaldığı “ən böyük təhlükəsizlik pozuntusu”dur.

Bildirilib ki, Livanın cənubunda, ölkənin şərqində və Beyrutun cənub ətraflarında demək olar ki, eyni vaxtda partlayışlar baş verib. "Reuters" sakinlərə istinadən xəbər verir ki, partlayışlar hətta ilk partlayışlardan 30 dəqiqə sonra da davam edib.

Partlayan cihazlar 1990-cı və 2000-ci illərdə məşhur olan peycer kimi tanınan cihazlardır. Hizbullah bu cihazlardan təşkilatdaxili ünsiyyət üçün istifadə edir.

TAHİR





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
26
29
baki-xeber.com

10Sources