EN

"Bavariya" "Dinamo"ya 9 qolla qalib gəldi - ÇL-də digər nəticələr

style='margin-bottom:10px;'>

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinə start verilib.

QOL.az xəbər verir ki, ilk oyun günündə 1-ci turun 6 matçı keçirilib.  

Həmçinin oxuyun: Çempionlar Liqasında yeni formatın ilk püşkü atıldı - Yenilənib

“Yuventus” PSV-yə 3:1, "Liverpul" "Milan"a 3:1 hesabı ilə qalib gəlib.  "Bavariya" pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran  Zaqreb "Dinamo"sunu darmadağın edib - 9:2.  Son çempion "Real" isə "Ştutqart"ı qəbul edib və 3:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsi tarixdə ilk dəfə Liqa mərhələsi formatında təşkil olunur. Daha əvvəl bu mərhələnin əvəzinə qrup mərhələsi keçirilirdi. 

Xatırladaq ki, 36 komandanın mübarizə aparacağı Liqa mərhələsində yekunda 1-8-ci yeri tutanlar ÇL-in 1/8 finalına, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanacaqlar. 25-36-cı yeri tutanlar isə avrokuboklarla mübarizəni başa vuracaqlar.

UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 1-ci tur

17 sentyabr

20:45 "Yuventus" (İtaliya) – PSV (Niderland) - 3:1
Qollar:
Yıldız, 21 (1:0), Makkenniy, 27 (2:0), Qonzales, 52 (3:0), Saybari, 90+3 (3:1)

20:45 "Yanq Boyz" (İsveçrə) – "Aston Villa" (İngiltərə) - 0:3
Qollar:
Tielemans, 27, Remzi, 38, Onana, 86

23:00 "Milan" (İtaliya) – "Liverpul" (İngiltərə) - 1:3
Qollar
: Pulişiç, 3 (1:0), Konate, 23 (1:1), Van Deyk, 41 (1:2), Szoboszlay, 67 (1:3)

23:00 "Bavariya" (Almaniya) – "Dinamo" (Zaqreb, Xorvatiya) - 9:2
Qollar
: Keyn, 20-pen. (1:0), Qurreyro, 34 (2:0), Olise, 38 (3:0), Petkoviç, 49 (3:1), Oqivara, 51 (3:2), Keyn, 58 (4:2), Olise, 61 (5:2), Keyn, 73-pen. (6:2), 78-pen. (7:2), Sane, 85 (8:2), Qoretska, 90+2 (9:2)

23:00 "Real" (İspaniya) – "Ştutqart" (Almaniya) - 3:1
Qollar:
Mbappe, 46 (1:0), Undav, 68 (1:1), Rüdiger, 83 (2:1), Endrik, 90+5 (3:1)

23:00 "Sportinq" (Portuqaliya) – "Lill" (Fransa) - 2:0
Qollar:
Qyökeres, 38 (1:0), Debast, 65 (2:0)
Qırmız vərəqə: Qomes, 40 ("Lill")

18 sentyabr

20:45. "Bolonya" (İtaliya) - "Şaxtyor" (Ukrayna)

20:45. "Sparta" (Çexiya) - "Zalsburq" (Avstriya)

23:00. "Seltik" (Şotlandiya) - "Slovan" (Slovakiya)

23:00. "Brügge" (Belçika) - "Borussiya" (Dortmund, Almaniya)

23:00. "Mançester Siti" (İngiltərə) - "İnter" (İtaliya)

23:00. PSJ (Fransa) - "Jirona" (İspaniya)

19 sentyabr 

20:45. "Feyenoord" (Niderland) - "Bayer" (Almaniya)

20:45. "Srvena Zvezda" (Serbiya) - "Benfika" (Portuqaliya)

23:00. "Atalanta" (İtaliya) - "Arsenal" (İngiltərə)

23:00. "Atletiko" (İspaniya) - "Leyptsiq" (Almaniya) 

23:00. "Brest" (Fransa) - Şturm Qratz" (Avstriya)

23:00. "Monako" (Fransa) - "Barselona" (İspaniya)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
3
teleqraf.com

10Sources