''Star'': Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxış edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 24-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sessiyasında çıxış edəcək.Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı İsrailin Qəzzaya təşkil etdiyi hücumlara toxunacaq. Türkiyə Prezidenti beynəlxalq ictimaiyyəti İsrailin hücumlarına qarşı mövqe nümayiş etdirməyə çağıracaq. Ərdoğan iclas çərçivəsində dövlət və hökumət başçıları ilə də görüşlər keçirəcək.
''Sabah'': Hakan Fidan ABŞ Dövlət Departamentinin siyasi məsələlər üzrə müşavirin müavini Bass-ı qəbul edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan dünən ABŞ Dövlət Departamentinin inzibati işlər üzrə müşaviri və siyasi məsələlər üzrə müşavirin müavini Con Bass ilə görüşüb.
''Haber Türk'': ''Qırmızı'' və ''boz'' kateqoriyada axtarışda olan terrorçular zərərsizləşdirilib
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya dünən verdiyi açıqlamada ''qırmızı'' kateqoriyada axtarışda olan "Hebun Piro Amed" ləqəbli Zırav Taş və ''boz'' kateqoriyada axratışda olan "Botan" ləqəbli Fehmi Başkurdun zərərsizləşdirildiyini bildirib.
''Hürriyet'': Dörd türk şirkəti ''Time'' jurnalının hazırladığı siyahıya salınıb
Dünyanın ən nüfuzlu xəbər və siyasət jurnallarından biri olan TIME-ın hazırladığı “Dünyanın ən yaxşı şirkətləri-2024” siyahısına Türkiyədən 4 şirkət daxil edilib. Sabancı Holdinq Türkiyə şirkətləri arasında birinci yeri tutaraq siyahıda 405-ci yerdə qərarlaşıb. Məlumata görə, Koç Holdinq 499-cu, Akbank 820-ci, Enka isə 887-ci yerdə qərarlaşıb.
''Vatan'': Antalya hava limanı növbəti dəfə rekodra imza atıb
Bu il turizmdə bütün zamanların rekorduna imza atan Antalya avqust ayının sonudadək 11,7 milyon xarici turistə ev sahibliyi edib. Antalya Hava Limanı bu müddət ərzində 26 milyon 628 min sərnişinə xidmət göstərib.