EN

Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerji sektorunda istifadəyə veriləcək gücü açıqlayıb

Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerji mənbələri (BOEM) sahəsində 7 GVt istehsal gücünü istifadəyə verməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov bu gün Bakıda keçirilən "Caspian Energy Forum"da deyib.

“Bu həcmin 2 GVt-ı daxili bazarın təmin edilməsi, 4 GVt-ı Qara dəniz vasitəsilə Azərbaycan-Gürcüstan-Avropa “yaşıl enerji” dəhlizi ilə ixrac üçün nəzərdə tutulacaq, 1 GVt-lıq istehsal gücünü isə Naxçıvan Muxtar Respublikası üzərindən dəhliz vasitəsilə Türkiyə və Avropaya ixrac etməyi planlaşdırırıq”, - o bildirib.

Chosen
18
2
ikisahil.az

2Sources