EN

SON DƏQİQƏ! Ermənistanda ÇEVRİLİŞ cəhdi: Rusiyadan gələn 7 nəfər SİLAHLA Paşinyanı DEVİRMƏK İSTƏDİ

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməliyyat axtarış tədbirləri nəticəsində ölkədə hakimiyyətin zorla ələ keçirilməsinə cəhdin qarşısı alınıb.
APA-nın Emənistan mətbuatına istinadən xəbərinə görə, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Qurumdan bildirilib ki, Qarabağdan Ermənistana gələn iki nəfərin daxil olduğu ümumilikdə 7 nəfərlik cinayətkar qruplaşma ölkədə hakimiyyəti silah gücünə devirmək məqsədilə plan hazırlayıb: “Araşdırmalar zamanı müəyyən edilib ki, həmin qanunazidd əməlin icrası üçün bu şəxslərin hər birinə 90 gün boyunca hər ay 220 min rubl məbləğində pul ödənilməklə onların Rusiya ərazisində təlim keçmələri, eləcə də Ermənistana qayıtdıqdan sonra təlimlərdə qazandıqları bilik və bacarıqları bu ölkədəki müəyyən şəxslər arasında yaymalı olduğuna dair razılıq əldə olunub. Bir müddət sonra onlar Rusiyanın Rostov-Don şəhərinə gələrək, buradakı “Arbat” hərbi bazasında təlimlərə cəlb edilib, burada müxtəlif silah və hərbi texnikadan istifadənin sirlərinə yiyələniblər”.
İstintaq onu da müəyyən edib ki, həmin şəxslərin bəziləri sonradan Ermənistanda dövlət çevrilişinə dair tapşırığın icrasından imtina edib, üç nəfər isə hüquq-mühafizə orqanlarının xüsusi əməliyyatı zamanı həbs olunub.
Komitədən 4 nəfər barəsində axtarış elan edildiyi də açıqlanıb.
Ermənistan suverenliyinə təhdid yaratdığı üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurub.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Ümumdünya Erməni Sammitində deyib. Paşinyan vurğulayıb ki, KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna və suverenliyinə təhdidlər yaradır.
O, həmçinin, bəyan edib ki, ölkəsi bu təşkilatla bağlı geri dönülməsi mümkün olmayan nöqtəyə yaxındır.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində siyasi ekspert Elçin Alıoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat

Chosen
32
20
arantv.az

10Sources