EN

Livanda partlayan peycerlər 20 qram həcmində partlayıcılarla dolu olub

Livanın bir neçə bölgəsində kütləvi şəkildə partlayan peycerlər 20 qramdan çox olmayan partlayıcılarla doldurulub. İndi Livan kəşfiyyat xidmətləri bu partlayıcının işə salınması üçün üsul hazırlayır.

Editor.az bildirir ki, bu barədə “Əl-Cəzirə” Livanın təhlükəsizlik xidmətlərindəki mənbəyə istinadən xəbər verib. Kanalın mənbəsinin sözlərinə görə, partlamış qurğular 5 ay əvvəl Livana gətirilib.

Bundan əvvəl “Reuters” və “Wall Street Journal” da peycerlərin yeni partiyadan olduğunu yazmışdı. İlk partlayışlar sentyabrın 17-də yerli vaxtla saat 15:45-də baş verib. Əvvəlcə onlarla insanın yaralandığı bildirilsə də, bir saat ərzində yaralıların sayı min nəfəri keçib. Livan Səhiyyə Nazirliyinin son məlumatlarına görə, 11 nəfər ölüb, 4 minə yaxın adam yaralanıb, “Hizbullah” Livan parlamentinin üzvü Əli Əmmarın oğlu da daxil olmaqla iki hərəkat üzvünün öldürüldüyünü bildirib. Həlak olanlar arasında İranın Livandakı səfiri Müctəba Əmaninin də olduğu məlum olub. “Hizbullah” hadisədə İsraili günahlandırıb.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
1
editor.az

2Sources