EN

Rizvan Hüseynov: "USAID-in pulları Bakı və Tiflisə qarşı istifadə olunacaq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) və onu idarə edənlər başda olmaqla Samanta Pauer demokratlar və keçmiş prezident Barak Obamanın əhatəsində böyüyən qrupdur. Təşkilatın əsas hədəfi Amerikanın "demokratik dəyər"lərinə dəstək vermək yolu ilə buna müxtəlif ölkələrdə tərəfdar olan şəbəkələri üzə çıxarmaqdır. Şəbəkənin üzvü olan hökumət nümayəndələri, gənclər son nəticədə ABŞ maraqlarına, USAID-in güclənməsinə xidmət edir.
Bu sözləri Oxu.Az-a USAID-in ölkəmizə qarşı son illərdəki fəaliyyəti və Ermənistanla əməkdaşlığı genişləndirməsinin məqsədləri haqqında danışan Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib.
Siyasi şərhçi Azərbaycanın təşkilatın düşmən ölkələr siyahısında olduğunu bildirib:
"Azərbaycan kimi ölkələr isə milli və mənəvi mənsubiyyətinə görə və öz milli maraqlarını üstün tutduğu üçün əvvəlcədən düşmən elan edilir. Ümumiyyətlə isə USAID türk-müsəlman toplumuna böyük nifrət bəsləyir dünyanın müxtəlif regionlarında ona qarşı yerli xristian və qeyri-xristian icmalardan aktiv şəkildə istifadə edir. Eyni sistem Cənubi Qafqazda da tətbiq olunur. Bununla yanaşı, biz təşkilata rəhbərlik edən Samanta Pauerin erməni milyoner Ruben Vardanyanla çox isti münasibətlərinin olduğunu bilirik. 2018-ci ildə Pauer Vardanyanın təsis etdiyi "Avrora" mükafatına layiq görülüb və ona faktiki olaraq bir milyon dollar pul verilib. Pauer və Vardanyan arasında başqa zəmində də isti münasibətlərin olması ilə bağlı fikirlər var".
Rizvan Hüseynov Azərbaycanın dövlətçiliyimizlə bağlı məsələlərdə heç bir təzyiqə boyun əyməyəcəyini və bütün lazımi addımların atılacağını vurğulayıb:
"Ötən ilin sentyabr ayında Ermənistanda səfərdə olan Pauer antiterror tədbirlərindən sonra Qarabağdan öz istəkləri ilə köç edən ermənilərdən Azərbaycana qarşı böyük bir təxribat kampaniyası üçün istifadə etməyə çalışdı. Amma heç bir şeyə nail ola bilmədi. Samanta Pauer ötən ilin 27 sentyabrında ölkəmizə səfər edəndə Azərbaycan Ruben Vardanyanın Laçın sərhəd-buraxılış məntəqəsində həbs olunduğu xəbərini bütün dünyaya elan etdi. Pauer və onu müşayiət edən ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Vardanyanın həbs olunacağını gözləmirdi. Amma heç bir təzyiq rəsmi Bakının qətiyyətini sındıra bilmədi. Ruben Vardanyanda olan məlumatlar və mövcud əlaqələri onun və USAID rəhbərinin həm bizim ölkəmizlə, həm də Ukrayna ilə bağlı çirkin proseslərdə iştirakını ifşa edir. Belə ki, Ruben Vardanyan Ukrayna xalqına qarşı bir çox cinayətin təşkilatçısı olub. Azərbaycan isə bütün baş verənləri diqqətlə izləyir və buna müvafiq qətiyyətli addımlar atır. Digər tərəfdən Niderland hökumətinin xarici siyasət proqramında Qarabağı "Dağlıq Qarabağ" və "ələ keçirilmiş bölgə" adlandırması da eyni prosesin davamıdır. USAID-in Ermənistana ayırdığı 120 milyon dollar vəsaitin iki dəfədən çox artırılaraq 250 milyon dollara qədər çatdırılması eyni kirli planın tərkib hissəsidir. Ayrılan pullar rəsmi açıqlamada deyildiyi kimi yox, Azərbaycan və Gürcüstana qarşı çirkin planların hazırlanmasında və casus şəbəkəsinin yaradılmasında, genişləndirilməsində istifadə olunacaq. Mərkəz isə Ermənistandır. Lakin rəsmi Bakı heç bir halda USAID-in milli dövlətçilik maraqlarımıza təhdid olan fəaliyyətinə imkan verməyəcək və kifayət qədər sərt, qətiyyətli addımlar atılacaq. Buna heç kimin şübhəsi olmasın".
Söhrab İsmayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
27
48
oxu.az

10Sources