Bakının Binəqədi rayonunda əməliyyatlar zamanı narkotik vasitələr və odlu silahlar aşkarlanıb.
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib
Bildirilib ki, son bir ay ərzində keçirilən silsilə tədbirlər zamanı narkotiklərlə əlaqəli 98 fakt aşkarlanıb:
"Ümumilikdə 29 kiloqram narkotik vasitə, o cümlədən 15 kiloqram heroin, 6 kiloqram tiryək və 8 kiloqram marixuana qanunsuz dövriyyədən çıxarılıb. Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir. Həmçinin Binəqədi rayonunda polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər zamanı 2 "Kalaşnikov" avtomatı, 2 "Makarov" tapançası və 21 ədəd patron aşkarlanıb."