EN

İsrailin müdafiə naziri müharibənin yeni mərhələsinin başladığını elan etdi

İsrailin müdafiə naziri Yoav Qalant sentyabrın 18-də etdiyi çıxışında müharibənin yeni mərhələsinin başladığını elan edib.

 

Bu barədə "The Jerusalem Post" məlumat yayıb.

 

"Ağırlıq mərkəzi şimala doğru sürüşür. Bu, o deməkdir ki, biz gücləri, resursları və enerjini getdikcə daha çox şimala yönləndiririk", - deyə Qalant bildirib.

 

"Bu əməliyyat hərtərəfli bir əməliyyatdır və onun missiyası aydın və sadədir - şimal icmalarının sakinlərini təhlükəsiz şəkildə evlərinə qaytarmaq", - o əlavə edib.

 

Bildirilir ki, İsrail Müdafiə Qüvvələri öz bölmələrindən biri olan 98-ci diviziyanı Qəzza zolağından Livanla sərhədə köçürür.

Chosen
26
2
senzor.az

3Sources