EN

Livanda rabitə cihazlarında yeni partlayışlar nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb, 450 yaralı var - Yenilənib

Livanda rabitə cihazlarında baş verən yeni partlayışlar nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb...

"Report" xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, azı 450 nəfər yaralanıb.

Bundan əvvəl Livanın müxtəlif bölgələrində partlayış səsləri eşidilib. “Al Hadath” telekanalının məlumatına görə, bu dəfə mobil telefonlar, barmaq izi cihazları, günəş panelləri və litium-ion batareyaları ilə işləyən cihazlar partlayışlara səbəb olub.

***

Livanda rabitə vasitələrinin partlaması nəticəsində ölənlərin sayı 9-a, xəsarət alanların sayı 300 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə “Reuters“ ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edək ki, çərşənbə axşamı ölkə ərazisində müxtəlif partlayışlar verib.

Al Hadath telekanalının məlumatına görə, bu dəfə radiolar, telefonlar, barmaq izi cihazları, həmçinin günəş panelləri və litium-ion batareyaları ilə işləyən qurğular partlayıb.

***

Livanda partlayışlarda ən azı 100 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Üç nəfərin həlak olduğu qeyd olunub.

***

Livanda rabitə cihazlarının yeni partlayışları barədə məlumat yayılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Livan mediası bildirir.

Jurnalistlərin məlumatına görə, Beyrut da daxil olmaqla Livanda partlayışlar baş verir. Ancaq bu dəfə mobil telefonlar və avtomobil radioları kimi digər cihazlar partlayır.

Partlayış səsləri yaşayış binalarında da eşidilir.

İlkin məlumata görə, insidentlər nəticəsində azı yüz nəfər xəsarət alıb.

Poliqon.info

 

 

Chosen
43
5
poliqon.info

10Sources