Qadın voleybolçulardan ibarət "Azərreyl"in yeni baş məşqçisi bəlli olub.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda italiyalı Paolo Tofoliyə tapşırılıb. 58 yaşlı mütəxəssisin müqaviləsinin detalları açıqlanmayıb.
O, bu postda Cengiz Akarçeşmeni əvəzləyib.