EN

“Hələ aktivləşdirilməyən imkanlarıımız var”

İsrail Baş Qərargah rəisi Herzi Halevi, “Hizbullah” terror təşkilatı ilə qarşıdurmaların davam etdiyi şimal bölgəsi üçün hücum və müdafiə planlarını təsdiqlədiyini ifadə edərək, “Hər mərhələdə “Hizbullah”ın cəzası yüksək olmalıdır”, – deyib.

İsrail ordusundan verilən yazılı açıqlamada Halevinin Livandakı cihaz partlayışlarından sonra artan gərginliyin ardından Şimal Komandanlığında vəziyyəti dəyərləndirdiyi qeyd edilib.

Halevi “Hizbullah” terrorçularıyla toqquşmaların davam etdiyi şimal bölgəsi üçün hücum və müdafiə planlarını təsdiqlədiyini açıqlayıb.

Şimalda “Hizbullah” ilə toqquşmalara görə təxliyə edilən israilliləri evlərinə qaytaracaq təhlükəsizlik şəraiti yaratmaqda qərarlı olduqlarını vurğulayan Halevi, “hələ aktivləşdirmədikləri bir çox imkanlara sahibdirlər”.

***

Sentyabrın 17-də Livanda “Hizbullah” ünsürlərinin istifadə etdiyi peycerlərdə eyni vaxtda partlayışlar baş verib.

Səhiyyə Nazirliyi “Hizbullah” ünsürlərinin ölkə daxilində istifadə etdiyi peycerlərin partlaması nəticəsində ikisi uşaq olmaqla 12 nəfərin həyatını itirdiyini, təxminən 300-ü ağır olmaqla 4000 nəfərin yaralandığını açıqlayıb.

Bu gün isə ölkədə ratsiyaların partlaması nəticəsində 14 nəfərin öldüyü, 450-dən çox insanın yaralandığı bildirilib.

Livan rəsmiləri hadisəyə görə İsraili günahlandırsa da, İsrail hələlik məsələ ilə bağlı açıqlama verməyib.

İsrail-Livan sərhədində 2023-cü il oktyabrın 8-dən bu yana davam edən qarşıdurmalarda son günlər gərginliyin artdığı müşahidə edilib.

Chosen
50
vaxt.az

1Sources