"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqiblərindən "Malmö" (İsveç) ölkə çempionatında növbəti oyununu keçirib.
90deqiqe.Az-ın məlumatına görə, sözügedən komanda XXIII turda "Qais" klubu ilə qarşılaşıb. Görüşdə qapılara ümumiyyətlə qol vurulmayıb.
Bu nəticədən sonra "Malmö" İsveç çempionatında turnir cədvəlinə 50 xalla başçılıq edir. "Qais" isə 37 xalla 5-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" "Malmö" ilə oktyabrın 3-də Bakıda qarşılaşacaq.