İran mətbuatı helikopter qəzasında dünyasını dəyişən ölkənin keçmiş prezidenti İbrahim Rəisinin peycerlə çəkilən görüntüsünü paylaşıb.
Axar.az "Azad İran"a istinadən xəbər verir ki, görüntünün 2022-ci ilə və Pakistan xarici işlər naziri ilə görüşə aid olduğu bildirilir.
Xatırladaq ki, sentyabrın 17-də bütün Livan ərazisi boyunca, o cümlədən Beyrutun cənub ətrafında kütləvi şəkildə peycer partlayışları baş verib. Partlayan rabitə cihazları Hizbullah hərəkatının üzvlərinə məxsus olub. Hadisə nəticəsində 12 nəfər ölüb, 4 min nəfər yaralanıb. Partlayışda İranın Livandakı səfiri də yaralanıb.