EN

Yapon şirkəti Livandakı partlayışlarla bağlı məlumatları yoxlayır

Yaponiyanın "Icom" korporasiyası istehsal etdiyi rabitə cihazlarının Livanda kiberhücumdan sonra partlaması ilə bağlı məlumatları yoxlayır.

Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə şirkət özü məlumat yayıb.

"Livanda şirkətimizin loqosu olan rabitə cihazlarımızın partlaması ilə bağlı xəbərlər daxil olub. Hazırda insidentin başvermə səbəblərini araşdırırıq", - məlumatda deyilir.

“İcom” yoxlamanın nəticələrinə əsasən əlavə məlumat verəcəyini vəd edib.

Chosen
82
6
korrespondent.az

9Sources