EN

Azərbaycan vətəndaşları Rusiyada qanunsuz miqrantlar siyahısında ilk beşlikdədir

Rusiya Daxili İşlər Nazirliyi ölkədə olan qanunsuz miqrantların sayını açıqlayıb.

Rusiya daxili işlər nazirinin müavini Aleksandr Qorovoy ölkə ərazisində 739 min nəfər qanunsuz miqrantın olduğunu söyləyib.

"Hazırda ölkəmizdə 6 milyon 174 min xarici vətəndaşlığı olan şəxs var. Rusiyada yaşayan xarici vətəndaşların sayına görə ilk onluğa Özbəkistan, Tacikistan, Qırğızıstan, Belarusiya, Ukrayna, Ermənistan, Azərbaycan, Qazaxıstan, Çin və Türkmənistan daxildir. Mən onların adlarını azalan ardıcıllıqla çəkirəm, lakin ümumilikdə onların sayı 5,5 milyon nəfərdir. Bu saya ölkəmizdə yaşama məqsədi və müddətindən asılı olmayaraq bütün kateqoriyadan olan əcnəbilər, o cümlədən qanunsuz olaraq burada olanlar daxildir.

Əgər qeyri-leqal mühacirlərdən danışırıqsa, onların arasında əsasən Özbəkistan, Tacikistan, Qırğızıstan, Ermənistan və Azərbaycan vətəndaşları var. Ümumilikdə, onları sayı təxminən 739 min nəfər və ya təxminən 9% təşkil edir", deyə rusiyalı nazir müavini vurğulayıb.

APA

Chosen
14
8
herbiand.az

8Sources