EN

"Hətta dostunuz yazsa belə zəng edib dəqiqləşdirin" - Vəkil dələduzluq sxemindən yazdı

"Deməli, kiminsə teleqram hesabını ələ keçirib onun kontaktlarında olan tanışlarına mesaj yazıb pul istəyirlər. Pulun köçürülməsi üçün yerli kart nömrəsi verirlər. Həmin kart nömrəsi isə p2p kriptovalyuta alqı-satqısı ilə məşğul olan şəxslərin olur".

"Unikal" xəbər verir ki, bunu vəkil Absələddin Əliyev sosial şəbəkə hesabında yazıb.

"Qurban da, bilmədən kriptovalyuta satanın kartına pul köçürmüş olur, o da yoxlamadan kriptonu dələduzun cüzdanına ötürür. Beləliklə, dələduzu müəyyən etmək mümkün olmur. Ona görə ehtiyatlı olmaq lazımdır. Hətta ən yaxın dostunuz yazsa belə zəng edib dəqiqləşdirmək lazımdır ki, həqiqətən odur ya yox. Bunu ən çox gecə saatlarında edirlər. Məqsəd insanların yuxulu, sayıqlığı zəif olan anlarından sui-istifadə etməkdir", - deyə vəkil qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
4
unikal.az

6Sources