EN

Şahinin qələbəli debütü

Dortmund “Borussiya”sını çalışdıran Nuri Şahin baş məşqçi kimi Çempionlar Liqasında ilk oyununa çıxıb. Bu, Liqa mərhələsinin ilk turunda “Brügge”yə qarşı matç olub.

Almaniya təmsilçisi Belçikadakı səfər maçında inamlı qələbə qazanıb – 3:0. Beləliklə, Şahinin ÇL-də baş məşqçi kimi debütü uğurlu alınıb.

Qeyd edək ki, Türkiyə millisinin sabiq üzvü bu ilin iyunundan “Borussiya”nı çalışdırır. 35 yaşlı mütəxəssisin komandası Bundesliqada 3 turdan  7 xal toplayaraq 2-ci pillədə qərarlaşıb. Dortmund təmsilçisi lider “Bayern”dən 2 xal geri qalır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
5
futbolinfo.az

1Sources