Dortmund “Borussiya”sını çalışdıran Nuri Şahin baş məşqçi kimi Çempionlar Liqasında ilk oyununa çıxıb. Bu, Liqa mərhələsinin ilk turunda “Brügge”yə qarşı matç olub.
Almaniya təmsilçisi Belçikadakı səfər maçında inamlı qələbə qazanıb – 3:0. Beləliklə, Şahinin ÇL-də baş məşqçi kimi debütü uğurlu alınıb.
Qeyd edək ki, Türkiyə millisinin sabiq üzvü bu ilin iyunundan “Borussiya”nı çalışdırır. 35 yaşlı mütəxəssisin komandası Bundesliqada 3 turdan 7 xal toplayaraq 2-ci pillədə qərarlaşıb. Dortmund təmsilçisi lider “Bayern”dən 2 xal geri qalır.