EN

Azərbaycanda 3 klubun formasını geyindi, ərəblər götürüb apardı - FOTO

Ötən mövsüm “Qəbələ”nin formasını geyinmiş Ahmed Ayzaya Azərbaycanı birdəfəlik tərk edib.

Nigeriyalı legioner bundan sonra karyerasını iraqda davam etdirəcək.

“Qırmızı-qaralar” Premyer Liqadan düşəndən sonra burada qalmağı məqbul saymayan yarımmüdafiəçi “Al-Kuva” ilə anlaşıb. 29 yaşlı afrikalı yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

Daha öncə Azərbaycanda “Kəpəz” və “Zirə”nin formasını geyinmiş Ayzaya Premyer Liqada keçirdiyi 42 matçda 5 qol vurub.

Ahmed karyerası ərzində Portuqaliyalının “Ribeyrao”, “Oliveyrense”, “Vilaverdense”, “Jil Visente”, “Varzim” və “Sportinq Kovilya” klublarında da çıxış edib.

SPORTİNFO.AZ

Ahmed

Chosen
14
sportinfo.az

1Sources