EN

İranlı hakerlər Trampdan oğurladıqları məlumatları Baydenə ötürüb

"İyunun sonu və iyulun əvvəlində iranlı kibercinayətkarlar Bayden kampaniyası ilə əlaqəli olan şəxslərə elektron məktublar göndərdilər.

Məktublarda Trampın kampaniyasından oğurlanmış ictimai olmayan materiallardan çıxarışlar olub... İranlı hakerlər Amerika mediasına da material göndəriblər”.

ABŞ kəşfiyyat orqanlarının məlumatına görə, məxfi materialların qəbulu və yayılması İranın ABŞ-dakı seçki prosesinə etimadı sarsıtmaq üzrə hərəkətlərinə nümunə olub. Bəyanatda deyilir ki, seçkilərə təsir etmək cəhdləri noyabr ayı yaxınlaşdıqca güclənir. Həmçinin Rusiya və Çinin də Amerika cəmiyyətində parçalanmaları artırmağa çalışdığı bildirilir.

Avqust ayında Politico Trampın seçki qərargahına haker hücumu haqqında yazmışdı. Nəşrin məlumatına görə, iranlı hakerlər "müxtəlif sənədləri əldə ediblər: hüquqi və məhkəmə sənədlərindən tutmuş kampaniyanın daxili müzakirələrinə qədər”.

Chosen
51
2
bizimxeber.az

3Sources