Ələkbər Nəzərovla müavini Fatma Quliyevanın vəzifələrinə son verilirAzərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının nəzdinə fəaliyyət göstərən “Günəşli” nevroloji sanatoriyasının Baş həkimi Ələkbər Nəzərovla müavini Fatma Quliyevanın vəzifələrindən azad ediləcəyi bildirilir. Patriot.az-ın əldə etdiyi məlumata görə AHİK sədri Sahib Məmmədov yaxın günlərdə Ələkbər Nəzərovla müavini Fatma Quliyevanı işdən çıxardacaq. Qeyd edək ki, AHİK sədri əmrinə əsasən “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasının baş həkimi Fəxrəddin Kazımov, "Bilgəh" kardioloji sanatoriyasının baş həkimi Muxtar Əhmədov vəzifələrindən azad edilib.