EN

İngilis alimlər 50 illik sirri çözdü: yeni qan qrupu kəşf edilib

1972-ci ildə hamilə qadından qan nümunəsi alınnarkən, həkimlər onun o zamanlar bilinən bütün qırmızı qan hüceyrələrində olan səth molekulunun olmadığını aşkarlayıblar. O vaxtda bunu bir sirr olaraq tibb elmində öyrənməyə başlayıblar. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərə alimləri 50 illik araşdırmalardan sonra bu qəribə molekulyar çatışmazlıq sayəsində insanlarda yeni qan qrupu sistemini kəşf ediblər.

İngiltərə Milli Səhiyyə Xidmətinin hematoloqu Louise Tilley bildirib ki, təxminən 20 illik araşdırmadan sonra bu uğura nail olublar: "Nəhayət, bu yeni qan qrupu sistemini kəşf etməklə, nadir, lakin əhəmiyyətli xəstələrə ən yaxşı tibbi xidmət göstərilməsi təmin olunacaq"

Zülfiyyə

MİA.AZ

Chosen
15
2
mia.az

3Sources