Bakıda dələduzluqla 20 min manat mənimsəyən şəxs saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı DİN-in mətbuat xidməti yayıb.
Mənbə qeyd edir ki, Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iki nəfəri aldadaraq ümumilikdə hesabına 20.000 manat ödətdirməkdə şübhəli bilinən, əvvəllər də dələduzluğa görə məhkum olunmuş 38 yaşlı E.Qəhrəmanlı müəyyən olunaraq saxlanılıb.
Bizim.Media