"Şəki" basketbol klubu heyətini Ceyhun Həsənli ilə gücləndirib.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Şəki basketbol məktəbinin yetirməsi olan 22 yaşlı oyunçu 2022/2023 mövsümündə "Sərhədçi"də çıxış edib.
Azərbaycanın U-16 və U-18 yığmalarında oynamış, əsas millinin heyətində toplanışlarda iştirak etmiş basketbolçu doğma klubunda 8 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, "Şəki" klubu daha əvvəl Ərcan Donat, Kris Barton, Karl Cons, Aleks Koldvell və Əbdülmətin Quliyevi transfer edib.
Gəncə klubu türkiyəli futbolçunu heyətinə qatıb
"Sumqayıt" 2 oyunçusu ilə müqavilə yeniləyib
“Sabah”ın baş məşqçisi: “Rəqibin oturmuş heyəti var"
“Abşeron”dan yeni transfer
“Sabah” Çempionlar Liqasında mübarizəni dayandırdı