EN

"Baku Medical Plaza" şəhid ailələrinə ödənişsiz tibbi müayinə və göz konsultasiyası təqdim edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yasamal Rayon İcra Hakimiyyəti və "Baku Medical Plaza Medilux" klinikası Vətənimizin azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin ailələri üçün xüsusi tibbi xidmətlər təqdim edib. İcra hakimiyyəti və "Baku Medical Plaza" şəhid ailələrinə olan borcumuzu dəyərləndirərək, onlara ödənişsiz tibbi müayinə və göz konsultasiya imkanları təqdim edib
Tədbirin əsas məqsədi şəhid ailələrinin sağlamlıq qayğılarını qarşılayaraq, onlara daha yaxşı tibbi xidmətlər göstərmək və cəmiyyətin bu zərif təbəqəsinə dəstək olmaqdır.
Klinikanın nümayəndəsi tədbir haqqında fikirlərini belə ifadə edib:
"Biz şəhidlərimizin ailələrinə borcluyuq. Onların sağlamlığı, rifahı və rahatlığı bizim üçün ön plandadır. Bu tədbir, onların ehtiyaclarını qarşılayaraq, bir növ minnətdarlığımızın kiçik bir göstəricisidir".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
50
oxu.az

10Sources