EN

Cib telefonlarını bu şəkildə partlatmaq mümkündür

Kibertəhlükəsizlik mütəxəssisləri Livanda 9 nəfərin ölümü, 3 minə yaxın insanın yaralanması ilə nəticələnən peycer hücumunu qiymətləndirib.

Publika.az xəbər verir ki, müharibə tarixində ilk dəfə baş verən bu hücum təkcə təsiri ilə deyil, həyata keçirilmə üsulu ilə də dünya gündəmindədir.

Kibertəhlükəsizlik mütəxəssislərinin verdiyi məlumata görə, peycer və ya cib telefonu kimi hər kəsin sahib olduğu texnologiya cihazları bu gün kibertəhlükəsizlik baxımından risk yaradır. Belə ki, SİM kart və internetə çıxışı olan bütün cihazlar ələ keçirilə bilər.

Bəs bu qurğular uzaqdan necə partladılır?

İçərisində olan kimyəvi maddələr uzaqdan verilən əmrlə cihazı qızdıraraq aktivləşdirilir. Bu şəkildə batareyanı partlatmaq mümkündür. Lakin bu batareyalar kiçik olduğu üçün onların ölümcül ziyan vurması mümkün deyil. Müdafiə sənayesi mühəndisləri isə smartfonların daxili mühafizəyə malik olduğunu və onların batareyalarının uzaqdan partlaya bilməyəcəyini bildiriblər.

Chosen
24
2
publika.az

4Sources