EN

Bu gün – sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən bir il ötür.

Bu gün – sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən bir il ötür. Bu hadisə ən yeni tariximizin şanlı, parlaq səhifələrindəndir.Müzəffər Ordumuz antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyini tam bərpa etdi. Bununla həm də “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi”nin “Dağlıq Qarabağ” mərhələsi başa çatdı. Bu gün sadəcə sülh müqaviləsinin imzalanmaması səbəbindən hazırkı vəziyyəti “Ermənistan-Azərbaycan münaqişəsi” adlandırırıq.Əslində, lokal xarakterli antiterror tədbirləri keçirilməyə də bilərdi. Ermənistan və onun himayə etdiyi xunta rejimi 10 noyabr bəyanatına əməl etsə, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatlar olmasa, Ermənistan silahlı qüvvələrinin birləşmələri tərk-silah edilsəydi, proses çox fərqli olardı. Lakin Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatlar, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilməməsi, ən önəmlisi xunta rejiminin reinteqrasiyada maraqlı olmaması Bakını lazımi addımları atmağa vadar etdi.Lokal xarakterli antiterror tədbirləri dərindən araşdırılası, diplomatiya, hərb tarixinə qızıl hərflərlə yazılacaq hadisədir. Bu, xüsusilə hərbi baxımdan dünya tarixində mislinə az rastlanan, minimum itki ilə maksimum nəticə əldə edilən nadir əməliyyatlardandır. Əməliyyat zamanı mülki şəxslər arasında itkilərin olmaması mühüm məqamdır. Hətta işğalçı qüvvələr hərbi hiyləyə əl ataraq tibbi və mülki nəqliyyat vəsitələrindən, habelə mülki obyektlərdən hərbi məqsədlər üçün istifadə etsə də, Ordumuz bu hiylələri yüksək peşəkarlıqla boşa çıxardı. Əməliyyatlar gedərkən Müdafiə Nazirliyinin təqdim etdiyi videomateriallardan da görünür ki, Ordumuz  PUA-lardan zərbə endirilmədən öncə obyektlərin mülki ya da hərbi olduğunu müəyyənləşdirir, daha sonra zərbə gerçəkləşirdi.Diplomatik sferada isə başda Prezident İlham Əliyev olmaqla dövlətin bütün şəxslərinin, resurslarının səfərbər olduğu, ehtimal təzyiq ya da sanksiya risklərini bloklamaq üçün yüksək səylə işlərin getdiyini görmək olurdu. Ən önəmli uğur isə lokal xarakterli antiterror tədbirləri zamanı dezinformasiya sahəsində görülən işlərdir. Ermənsitan təkcə cəbhədə deyil, həmçinin informasiya cəbhəsində də müharibəni uduzdu. Artıq daha peşəkar və daha operativ arxa cəbhə onları qarşıladı.Nəticə etibarilə sentyabrın 19-u Silahlı Qüvvələrimizin Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə Azərbaycan yaşı əsri ötən münaqişəni tam həll etdi. Bununla həm 100 illik separatçılıq, həm 30 ildən çox davam edən işğal, həm də regiondakı reallıqlar əsaslı surətdə dəyişdi.Müəllif: Politoloq Turan Rzayev

Chosen
7
3
mediaxeberleri.az

5Sources