EN

Kredit təşkilatının Müşahidə Şurasına sədrlik baş mühasibə həvalə edildi

“FinEx Kredit” Bank Olmayan Kredit Təşkilatı ASC-nin Müşahidə Şurasının sədri dəyişdirilib.

Banker.az xəbər verir ki, “FinEx Kredit”in səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən Qurbanova Sevinc Nəsirəddin qızı  Müşahidə Şurasına üzv seçilib. O bu vəzifədə Cavadov Azad Malik oğlunu əvəz edib.

Tağıyev Murğuz Elşən oğlu isə Müşahidə Şurasının üzvlüyündən çıxarılıb, İsrafilov Etibar Nizaməddin oğlu isə bu struktura üzv seçilib.

Qurbanova Sevinc buna qədər BOKT-nin baş mühasibi idi.

Hazırda “FinEx Kredit”in İdarə heyəti sədri Məmmədova Leyli Calal qızıdır.

“Finex Kredit” BOKT 2013-cü ildən fəaliyətdədir. Onun nizamnamə kapitalında payı olan səhmdarlar bunlardır:

  • 95% – Şəlalə Tağıyeva
  • 25% – Raminə Allahverdiyeva
  • 63% – Azad Cəbrayılov
  • 83% – Mobil Şərifov
  • 08% – Tokay Şıxəlizadə
  • 75% – Rövşən Məmmədov
  • 63% – Tofiq Cəfərov
  • 25% – Azər Hacıyev
  • 03% – Gülnarə Tağıyeva
  • 63% – Sevil Hidayətova
Chosen
131
47
banker.az

10Sources