EN

Braziliya millisinin sabiq qapıçısı: Halandın texnikasını bəyənmirəm

“İnter”in sabiq qapıçısı Julio Sezar “Mançester Siti”nin hücumçusu Erlinq Halandın çıxışı barədə danışıb. Matc.az xəbər verir ki, braziliyalı keçmiş qolkiper Norveç millisinin üzvünün çatışmayan cəhətini açıqlayıb. “Haland çox yaxşıdı, çox qol vurur. Amma onun texnikasını bəyənmirəm, bu baxımdan çıxışından razı deyiləm. Halandı aşağılamaq istəmirəm, axı futbolda əsas şey qollardı. Ancaq onun texniki bacarığı xoşuma gəlmir. Əgər Adriano ilə Haland arasında seçim etməli olsam, min dəfə Adrianonu seçərəm”, - deyə 45 yaşlı mütəxəssis deyib. Qeyd edək ki, Julio Sezarın uzun illər formasını geyindiyi “İnter” Çempionlar Liqasının I turunda “Mançester Siti”i ilə heç-heçə (0:0) edib.

Chosen
15
matc.az

1Sources