EN

Ceyran Haşımovadan halallıq vermədiyi Nisə Qasımovaya BÖYÜK JEST: “Onu öpüb qucaqlayaram”-ÖZƏL

Xalq artisti, “Lalə qızlar” ansamblının rəhbəri Ceyran Haşımova bir müddət əvvəl xalq artisti Nisə Qasımovanın ünvanına tənqidi ifadələr işlətmişdi. Sənətkar bildirmişdi ki, Nisə Qasımovaya sənətə gəldiyi ilk illərdə dəstək olsa da, müğənni ona laqeyd münasibət göstərib. Nədənsə Nisə Qasımova tarzən xanımın dediklərini cavabsız qoymuşdu.

Medianews.az-a açıqlama verən Ceyran Haşımova müğənniyə böyük jest edərək barışıq addımı atıb.

“Mən heç kimdən inciməmişəm. Sadəcə olaraq jurnalist mənə sual verdi. Mən də Nisə Qasımovanın adını çəkdim. Ən çox sevdiyim müğənnim elə Nisə xanım olub. Ərk etdiyim üçün incimişdim. Ona görə də əsəbləşib demişdim ki, ona halallıq vermirəm. Bu sözümə görə məni çox adam qınadı. İnciklik ana-bala arasında da olur. Bu sözü dediyimə də peşman oldum. Bu yaşımda o qədər suallar verirlər ki. Yetişdirdiyim müğənnilərin əksəriyyəti xalq, əməkdar artistlərdir. Onların hamısı fəxri adlara layiqdir” deyə sənətkar bildirib.

Ceyran Haşımova Nisə Qasımovanı bağışladığını deyib.

“Nisə xanıma halallıq verirəm. Mən onu bağışlamışam, Allah bağışlasın. Mən müğənniləri yetişdirib sənətə, səhnəyə gətirmişəm. Bütün müğənniləri yanımda saxlaya bilmərəm ki. O zaman gərək xor kollektivim olardı. Hamısı məni yada salıb, amma Nisə xanımdan başqa. O bəlkə də bilmir ki, mənim kimi bir insan var ya yox?! Heç maraqlanmıram ki, Nisə mənə zəng etmək istəyir ya yox? Allah hər kəsin yolunu açıq etsin. Gözəl sənətkardır, buna söz ola bilməz. Bəzən mənə sual verirlər ki, Nisə xanım sizə qonaq gəlsə qəbul edərsiniz? Əlbəttə edərəm. Biz bir-birimizin evinə gedib-gəlmişik. Bir-birimizin evində yemək yemişik. O bizə gəlsə çox sevinərəm, qəbul da edərəm, öpərəm də, qucaqlayaram da” deyə xalq artisti bildirib.

Əli Əsgər

 

Chosen
18
medianews.az

1Sources