Pakistan Rusiya ilə qonşuluq əlaqələrinin inkişafında maraqlıdır. Bu barədə ölkə prezidenti Asif Əli Zərdari Rusiya baş nazirinin müavini Aleksey Overçuk ilə görüşündə bildirib."Biz regionda qonşuyuq, buna görə də bizim bölgədə çoxlu xarici qüvvələr var. İlk növbədə, qonşularımızla danışmalıyıq. Gəlin yaxşı qonşulara üstünlük verək", - Pakistan prezidenti deyib.O, həmçinin Rusiya ilə Pakistan arasında ticarətin çox kiçik olmasından şikayətlənib.Daha əvvəl Overçuk bildirib ki, 2023-cü ilin sonuna iki ölkə arasında ticarət dövriyyəsi 1,1 milyard dollar təşkil edib.