EN

Dərmanların qiyməti “əl yandırır“: Niyə bahadır? - VİDEO

Dərmanların qiyməti “əl yandırır“: Niyə bahadır? - VİDEO




"Mən qohumlarım və əsasən uşağım üçün lazım olan dərman və vitaminləri buradan ala bilmirəm. Çünki qiymətləri çox bahadır. Dərmanları xaricdən sifariş verirəm. Orada qiymətlər 2-3 qat daha da aşağıdır. Yaxın olduğum insanlar var ki, ürəkdən müalicə alırlar. Həmin dərmanları mütəmadi olaraq xaricdən sifariş verirəm".AzFakt.com xəbər verir ki, şikayətçi Arzu Muradova"İtv-nin əməkdaşlarına danışıb. O, ailə üzvlərinə və yaxınlarına lazım olan dərmanları xaricdən gətizdirir. Apteklərdə satılan dərmanların qiymət yüksək olması Arzu Muradova kimi bir çox şəxsi narazı salır. Xüsusilə qonşu ölkələr ilə müqayisədə qiymətlər çox bahadır. Bəs dərmanlar arasındakı kəskin fərqin səbəbi nə ilə bağlıdır?"Azərbaycanda daxili bazarın liberallıq səviyyəsi aşağıdır. Bu bazarda iştirakçıların sayı çox azdır. Ölkədə dərmanlar əsasən idxal olunur. Burada idxaldan asılılıq mövcuddur. İdxalın 90 faizindən artıq hissəsini yalnız 3 böyük şirkət həyata keçirir. Bu isə zamanla karter sövdələşmələrinə, bazar seqmentləri arasında payların bölüşdürülməsinə gətirib çıxarır və qiymətlərin daha yüksək olmasına şərait yaradan amillərdir ".Ətraflı videomaterialı təqdim edirik:




Xəbərin oxunma sayı :
37

Chosen
39
4
azfakt.com

5Sources