EN

Terminallar vasitəsilə kredit ödənişlərinə komissiya tətbiq edilir? - AÇIQLAMA

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, bu aydan MilliÖn və E-manat terminalları ilə kredit ödənişlərinə 1% komissiya tətbiq edilir.   Manset.az xəbər verir ki, məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq E-manat şirkətindən bildiriblər ki, şirkət müştəriyə 1% komissiya tətbiq etmir. "Bu komissiyalar banklar tərəfindən tətbiq edilir. Komissiya standart olaraq 1% deyil, fərqli ola bilər. Bu məlumatlar terminalın interfeysində (terminalın birinci səhifəsində) yer alıb. Orada da bank komissiyasının məbləği göstərilir. E-manat müştərinin kredit ödənişinə birbaşa olaraq hər hansı komissiya tətbiq etmir", - şirkətdən bildiriblər. MilliÖn-dən isə agentliyə bildirilib ki, şirkət müştəriyə komissiya tətbiq etmir.

"Komissiya banklar tərəfindən tətbiq edilir", - deyə şirkətdən məlumat verilib.

Chosen
38
12
manset.az

10Sources